Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:49

Sulu qar, qar gözlənilir…


Qar

Dekabrın 7-də Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimal edilir. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG