Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

“ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi açıqlanacaq”


Qüdsdə İsrail bayrağı, 5 dekabr, 2017-ci il

ABŞ prezidenti Donald Trump dekabrın 6-da Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyacaq və ABŞ səfirliyinin bu qədim şəhərə köçürülməsi prosesinə start verəcək. Bunu Birləşmiş Ştatların yüksəkçinli rəsmiləri mediaya deyiblər.

Bildirilir ki, Trump gözlənən çıxışında səfirliyin Təl Əvivdən köçürülməsi planının hazırlanmasına göstəriş verdiyini açıqlayacaq. Bu prosesin isə 3-4 il çəkəcəyi gözlənir.

Rəsmilərin sözlərinə görə, Trump səfirliyin indi köçürülməsini ertələməyə imkan verən sənədi imzalayacaq, çünki ABŞ diplomatları gərəkən hazırlıqları hələ gerçəkləşdirməyiblər.

Trump-ın İsrailin Qüdsə bütünlüklə iddiasını dəstəkləməsinin Yaxın Şərqdə zorakılığı qızışdıracağına dair gözləntilər var. Üstəlik, bu addım Birləşmiş Ştatların uzun müddətdən bəri apardığı siyasətə zidd sayılır. ABŞ bu şəhərin statusunun fələstinlilərlə danışıqlarda həll olunmasına tərəfdardır. Fələstinlilər Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər.

Əksər ölkələr İsrailin şəhər üzərində tam suverenliyini tanımırlar. Burada müsəlmanların, yəhudilərin və xristianların eyni dərəcədə müqəddəs saydığı məkanlar yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG