Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 11:03

Vergilər Nazirliyi “Turan” agentliyi ilə bağlı vergi sanksiyasının ləğv edilməsi haqqında qərarı məhkəməyə təqdim etməyib.

Nazirliklə agentliyin bu gün, dekabrın 5-inə təyin olunan məhkəmə çəkişməsi elə bu üzdən ertələnib.

“Turan” agentliyi ilə Vergilər Nazirliyinin məhkəmə çəkişməsinin sonuncu iclasında hakim nazirliyin nümayəndəsindən vergi sanksiyasının ləğv edilməsi haqda qərarın məhkəməyə təqdim edilməsini istəmişdi. Ancaq nazirlik bunu etməyib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədov buna görə, iclası dekabrın 19-na qədər təxirə salıb.

Buna da bax: 'Turan' agentliyinin cinayət işi dayandırılıb

Sözügedən məhkəmə çəkişməsi “Turan” agentliyinin şikayəti əsasında noyabrın 27-də başlayıb.

Məhkəmədə nazirliyin avqust ayında “Turan” agentliyinə cərimə ilə birlikdə təqribən 38 min manat vergidən yayınma hesablaması barədə qərarının qanuniliyi mübahisələndirilir.

Noyabrin 30-da vergilər nazirliyinin nümayəndəsi agentliyə təyin edilən vergi və sanksiyaların ləğvi ilə əlaqədar olaraq, məhkəmədən xahiş etmişdi ki, işə xitam versin. Ancaq məhkəmə şikayətçinin xahişinə əsasən agentliyə qarşı vergi sanksiyasını ləğv edən qərarın təqdim edilməsini istəmişdi.

Buna da bax:​ Vəkil: ''Turan'ın işini oyun-oyuncağa döndəriblər'

Xatırlatma

Bu il noyabrın 8-də vergilər nazirliyi sistemində agentliyin poçt qutusuna vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş gəlib. Həmçinin, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üzrə səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə 6 noyabr tarixli rəsmi qərar agentliyə noyabrın 13-də çatıb.

Ancaq agentlik vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu, hələlik, almayıb.

Lokal Gəlirlər Departamenti avqustun 7-də “Turan” agentliyini 2014-2016-cı illər üzrə 27 min manat vergidən yayınmada ittiham edib. Üstəlik, buna cərimə də əlavə edilib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq o azad edilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq da bunu təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG