Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 01:12

Azərbaycan-Türkiyə Hərbi Dialoq iclası başlayıb


Azərbaycan Müdafiə Nazirliyi

Bu gün, dekabrın 5-i Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb.

Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Nazirlik bildirir ki, iclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub.

Daha sonra iclas yardımçı işçi qruplarda davam edib.

İclas dekabrın 7-dək davam edəcək.

Dialoqda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq müzakirə edilir.

İclasın həmsədrləri Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev, Türkiyə Baş Qərargahının Plan, Prinsiplər Baş İdarəsinin rəisi Yavuz Türkgencidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG