Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

Prezident Zirə qəsəbəsində...


İlham Əliyev Zirədə. 4 dekabr 2017 (S.Qurbanov, İ.Əliyev və Ş.Mustafayev)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində «Baku Agropark»ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına aqropark barədə məlumat veriblər. Bildirilib ki, «Baku Agropark» MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır.

«İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24.7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq», - deyə prezidentə bildirilib.

Sahibkar S.Qurbanov prezident İ.Əliyevin kürəkənidir.

Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları olduğu bildirilir. Bunun 2 min 463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302.3 min ton tərəvəz məhsulları yığıldığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG