Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:09

Havanın soyuyacağı gözlənir


Qar

Dekabrın 5-i Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Dekabrın 5-də Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, dekabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun dekabrın 7-də 4-6 dərəcə aşağı enəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG