Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:12

Sabah Rusiyanın Olimpiya taleyi həll olunur


Dopinq testi
Dopinq testi

Dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın gələn ilin fevralında Qış Olimpiadasında iştirakı məsələsini səsə qoyacaq. Səbəb Rusiyada idmançıların dopinq qəbul etməsinə dövlətin sponsorluğuyla bağlı iddialardır.

İsveçrənin Luiziana şəhərində BOK icraiyyə komitəsinin iclasında 21 olimpiya medalının taleyi həll olunacaq.

Qış Olimpiadası Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək.

Medal qalibləri barədə proqnozlar hazırlayan “Gracenote Sports” bildirir ki, Rusiya oyunlara buraxılarsa, qazanacağı toplam 21 medalın altısı qızıl ola bilər.

*** Buna da bax: “Rusiya öz olimpiya perspektivlərinə təhlükə yaradır”

CƏZA YÜNGÜL DƏ OLA BİLƏR

Altı qızıl Rusiyanın səkkizinci yeri, ümumi 21 medalsa beşinci yeri tutması deməkdir.

BOK indiyədək dopinqə görə bütövlükdə qadağa qoymayıb, bu qərarı fərdi idman federasiyalarının ixtiyarına buraxıb.

Nəticədə Rusiya, bir atleti çıxmaqla, yüngül atletika və ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılıb, amma digər idman növlərinə komanda şəklində buraxılıb.

BOK daha yüngül cəzaya da əl ata bilər, məsələn cərimə qoya bilər, yaxud fərdi atletlərin Rusiya adından deyil, “neytral” iştirakına icazə verə bilər. Bəzi idmançılar indiyədək bir sıra idman tədbirlərinə bu formada qatılıblar.

Rusiya prezidenti Vladimir Putin daxil olmaqla bütün rəsmilər dövlətin dopinq qəbulunda əli olmadığını bildirib. Putin ötən ay bildirib ki, bu ittihamları Birləşmiş Ştatlar ortaya atıb və məqsəd gələn ilki prezident seçkisində ona problem yaratmaqdır. Putin seçkiyə gedəcəyini rəsmən açıqlamasa da, belə edəcəyi və qalib gələcəyi gözlənir.

*** Buna da bax: Kreml medallardan məhrum edilmiş Rusiya idmançılarının müdafiəsinə qalxır

Rusiyanın TASS agentliyinin məlumatına görə, Rusiyanın antidopinq komissiyasına rəhbərlik edən Vitaly Smirnov BOK-un toplantısına qatılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG