Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:06

“Rusiya öz olimpiya perspektivlərinə təhlükə yaradır”


Richard McLaren, arxiv fotosu
Richard McLaren, arxiv fotosu

Rusiya dopinq sxemində dövlətin iştirakını danmaqla daha ağır cəza riskiylə üzləşir. Bunu Rusiya idmanında dopinqdən istifadəylə bağlı hay-küylü hesabatın müəllifi deyir.

Ümumdünya Antidoping Agentliyinin (WADA) təhqiqatçısı Richard McLaren noyabrın 28-də Niderlandda jurnalistlərə danışıb. Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) gələn həftə gözlənən qərarı öncəsi Rusiya riskli oyun oynayır. BOK rusiyalı atletlərin fevralda Cənubi Koreyada keçiriləcək Qış Olimpiadasına buraxmaqla bağlı qərarını açıqlamalıdır.

“O təkzib bəyanatlarını davam etdirdikcə özünüzə qarşı daha güclü sanksiyalar ehtimalını artırırsınız”, – McLaren deyib.

Prezident Vladimir Putin daxil olmaqla Rusiya rəsmiləri dövlətin idmanda dopinq qəbuluna dəxli olmadığını bildiriblər. Son iki ildə Rusiyanın onlarla atleti yarışlardan kənarlaşdırılıb.

*** Buna da bax: Kreml medallardan məhrum edilmiş Rusiya idmançılarının müdafiəsinə qalxır​

“BU İDDİALAR ETİBARLI DEYİL”

Putin ötən ay deyib ki, bu ittihamları Birləşmiş Ştatlar gələn ilin martında prezident seçkisində ona problem yaratmaq məqsədiylə təşkil edib. Putin hələlik, seçkiyə gedəcəyini rəsmən açıqlamayıb.

McLaren 2016-cı ilin iyulundan və dekabrında Rusiyada dopinq işiylə bağlı iki nüfuzlu hesabatın müəllifidir. O, Putin-in ABŞ-a qarşı iddialarını təkzib edib, deyib ki, “bu iş bir ildən də qabaq gerçəkləşdirilib. Bu iddialar sadəcə etibarlı deyil”.

McLaren-in açıqlamasıyla eyni gündə rusiyalı müstəntiqlər də Moskvada dopinq laboratoriyasının keçmiş rəhbərinə qarşı ittihamları təkrarlayıblar. Onlar Grigory Rodchenkov-un dopinq qalmaqalına görə məsuliyyət daşıdığını bildiriblər.

*** Buna da bax: Putin deyir, ABŞ dopinq ittihamlarını ona görə uydurur ki…

Dövlətin idmançıların dopinq qəbulunu himayə etdiyini deyən Rodchenkov Birləşmiş Ştatlarda gizlənir. McLaren hesabatlarında Rodchenkov-un səsləndirdiyi iddiaların çoxunu təsdiqləyib.

Ancaq Rusiya rəsmiləri noyabrın 28-də deyiblər ki, atletlərə dopinqi paylayan, testlərin nəticələriylə manipulyasiya edən Rodchenkov olub.

XS
SM
MD
LG