Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 16:11

Jim Mattis Pakistan liderləriylə görüşəcək


Jim Mattis

Dekabrın 4-də ABŞ-ın müdafiə naziri Jim Mattis Pakistan liderləriylə görüşəcək, terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək. Bu arada Vaşinqton İslamabadın sərhədləri boyunca yaraqlı qruplarla yetərincə mübarizə aparmadığını bildirir.

“Pakistan liderləri terrorçuluğu dəstəkləmədiklərini bildirirlər. Bunun onların siyasətində də özünü göstərəcəyini gözləyirəm”, – Mattis dekabrın 3-də, İslamabada getməzdən öncə bildirib. O bu səfərdən qabaq Yaxın Şərqdə bir sıra müttəfiqlərlə görüşlər keçirib.

Mattis deyib ki, terrorçuluqla mübarizədə pakistanlılara təzyiq göstərmək deyil, onlarla işləmək istəyir.

“Mən məsələlərə bu cür yanaşmıram. İnanıram ki, ortaq məxrəcə gəlməkdən ötrü çox çalışacaq və sonra birlikdə işləyəcəyik”, – Mattis deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG