Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 23:30

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-7, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Ölkənin əksər rayonlarında isə havanın əsasən yağmursuz olacağı bildirilir. Ancaq bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG