Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:13

ABŞ jurnalistləri Dövlət Dumasına buraxılmaya bilər


Dövlət Duması, 15 noyabr, 2017-ci il

Rusiya Dövlət Duması ABŞ-ın bütün media orqanlarının parlamentin aşağı palatasına buraxılmamasını nəzərdən keçirir. Bu təklif gələn həftə müzakirə olunacaq.

Açıqlamanı Dumanın qaydalar komitəsinin rəhbəri Olga Savastyanova dekabrın 1-də verib. Bundan iki gün öncə Rusiyanın dövlətin maliyyələşdirdiyi RT kanalının ABŞ Konqresinə akkreditasiyası ləğv olunub.

Birləşmiş Ştatlar ABŞ-da fəaliyyət göstərən Rusiya mediasına təzyiqi artırdıqca Moskva da buna cavab addımları atır. Vaşinqton tədbirləri Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi, bundan öncəsə Ukrayna ərazisinə təcavüzüylə izah edir.

“Bizim komitədə növbədənkənar iclas keçiriləcək, bütün Amerika mediasını təmsil edən jurnalistlərin Dumaya girişini yasaqlayacaq qətnamə layihəsinə baxılacaq”, – Savastyanova deyib. Onun sözlərinə görə, təklif qurum rəhbərliyinə dekabrın 5-də təqdim olunacaq və dekabrın 6-da plenar iclasa çıxarılacaq.

Dumada hakim Vahid Rusiya Partiyası üstünlük təşkil edir və adətən, Kremlin tapşırıqlarını yerinə yetirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG