Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Siqaret qadağaları gəldi


Arxiv fotosu
Arxiv fotosu

Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi üçüncü - yekun oxunuşda qəbul edilib.

Qanun tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Sənədə əsasən, səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsi qadağan edilir. Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində də siqaret çəkilişinə qadağa qoyulur.

Buna da bax: Bulvarda siqaret çəkmək qadağan edilə bilər

Qanunda siqaret çəkilməsinin qadağan olunduğu məkanlar təfərrüatı ilə göstərilir.

Qanun iş yerlərində siqaret çəkilməsinə yerin ayrılmasını işəgötürənin ixtiyarına buraxır. Hər hansı tələb irəli sürülmür.

Qanuna görə, tütün çəkməkdən ötrü ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verməlidir.

Yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyacaqlar.

Bu vaxta qədər qüvvədə olan İnzibati Xətalar Məcəlləsi ictimai yerlərdə siqaret çəkilməsinə görə, cəza olaraq cərimə nəzərdə tutub.

Buna da bax: 10 siqaretlik qutular yığışdırılacaq

Həmin məcəlləyə görə, qanunla qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə, otuz manat və daha çox cərimələr nəzərdə tutulurdu.

İndi isə qanunla siqaret çəkilməsinə yasaq qoyulan yerlərin əhatəsi genişləndirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG