Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:36

Bulvarda siqaret çəkmək qadağan edilə bilər


Arxiv foto
Arxiv foto
-

İctimai nəqliyyat, «İçəri şəhər» qoruq ərazisində siqaret çəkilməsi qadağan olunub.
Dənizkənarı Milli Parkda da bu qadağa qoyula bilər.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bu təkliflə Milli Məclisə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə, Bulvar İdarəsinə müraciət etməyi planlaşdırır.

Musa Quliyev AzadlıqRadiosuna bildirib ki, Dənizkənarı Parkda siqaretin çəkilməsi pis nümunə olmaqla yanaşı, istirahət edənlər üçün də narahatlıq yaradır.

Deputat bildirib ki, bir çox xarici ölkələr qadın və uşaqların gəzdiyi, istirahət etdiyi məkanlarda siqaret çəkilməsini qadağan edib. Musa Quliyev sakinlərin istirahət etdiyi Bakı Bulvarında da siqaretə qadağa qoyulmasını Milli Məclisdə qaldıracağını bildirib.
XS
SM
MD
LG