Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:49

Azərbaycan və Əfqanıstan prezidentləri görüşüb


Prezident İlham Əliyevin Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü.. 01dek2017

Dekabrın 1-i Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.

Bu səfərin münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

Buna da bax: İlham Əliyev: ‘İstanbul Prosesi Əfqanıstanın inkişafına töhfə verəcək’

Əfqanıstan prezidenti noyabrın 30-da Azərbaycana gəlib.

Səfərdə məqsəd bu gün, dekabrın 1-i Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransında iştirak etmək olub.

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib.

«İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə Əfqanıstanda vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

Buna da bax: Bakıda 7-ci nazirlər konfransı keçirilir

«Asiyanın Qəlbi - İstanbul Prosesi»nə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG