Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

İlham Əliyev: ‘İstanbul Prosesi Əfqanıstanın inkişafına töhfə verəcək’


“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı. 01dek2017

"Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesini dialoq və əməkdaşlığın əhəmiyyətli hissəsi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək".

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev İstanbul Prosesi çərçivəsində keçirilən 7-ci nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir.

I.Əliyev Qarabağ probleminə də toxunub:

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

“Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib".

İ.Əliyev deyib ki, Qarabağ problemi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Azərbaycanın işğal edilən rayonlarının boşaldılması istənilir.

Prezident Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub Nəqliyyatı Dəhlizi barədə də danışıb. O vurğulayıb ki, bu layihələr Əfqanıstanın dünya bazarına çıxış imkanlarını artırır.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

“Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir”

"Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik. Bu tarixi məqamda Bakıda bizi qəbul edirsiniz".

Bunu isə Əfqanıstan prezidenti Əşrəf Qəni konfransında çıxışı zamanı deyib.

O, Azərbaycanın Əfqanıstandakı hərbi missiyasına da toxunub: “Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir. Biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq”.

Ə.Qani vurğulayıb ki, ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir. Onun deməsinə görə, “Taliban” terror təşkilatının gələcəyi yoxdur:

“Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Tərəfləri regionda daha çox tərəfdaşlığa səsləyirik".

Xatırlatma

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib.

Əfqanıstana qonşu olan ölkələri (həm bilavasitə həmsərhəd ölkələri, həm də böyük regional oyunçuları) birləşdirən «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə bu ölkədə vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

«Asiyanın Qəlbi - İstanbul Prosesi»nə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG