Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

‘Turan’ – ‘vergilər’ çəkişməsi davam edib


"Turan” agentliyi

Bu gün, noyabrın 30-u 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” agentliyinin Vergilər Nazirliyinin Lokal Vergilər Departamentinə qarşı iddiası üzrə proses davam edib.

Məhkəmədə nazirliyin avqust ayında “Turan” agentliyinə cərimə ilə birlikdə təqribən 38 min manat vergidən yayınma hesablaması barədə qərarının qanuniliyi mübahisələndirilir.

İclasda vergilər nazirliyinin nümayəndəsi agentliyə təyin edilən vergi və sanksiyaların ləğvi ilə əlaqədar işə xitam verilməsi barədə vəsatət verib.

Buna da bax: 'Turan' agentliyinin cinayət işi dayandırılıb

Lakin agentliyin hüquqi nümayəndəsi Fuad Ağayev bu barədə departamentin rəsmi qərarının olmasının vacibliyini qeyd edib.

"Sabah departament sanksiyanı bərpa edə bilər və ləğv olunmanı sistemin səhvi kimi təqdim edə bilər. Çünki bundan əvvəl də belə olmuşdu", – vəkil vurğulayıb.

Hakim vəsatət barədə qərar verməyib. Dinləmələri dekabrın 1-ə kimi təxirə salıb.

Hakim Şərafət Məmmədova vergilər nazirliyinin nümayəndəsini sanksiyanın götürülməsi barədə yazılı qərarı təqdim etməyə dəvət edib.

Buna da bax:​ Vəkil: ''Turan'ın işini oyun-oyuncağa döndəriblər'

Sözügedən məhkəmə çəkişməsi noyabrın 27-də başlayıb.

Xatırlatma

Bu il noyabrın 8-də vergilər nazirliyi sistemində agentliyin poçt qutusuna vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş gəlib. Həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üzrə səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə 6 noyabr tarixli rəsmi qərar agentliyə noyabrın 13-də çatıb.

Ancaq agentlik vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu, hələlik, almayıb.

Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

Lokal Gəlirlər Departamenti avqustun 7-də “Turan” agentliyini 2014-2016-cı illər üzrə 27 min manat vergidən yayınmada ittiham edib. Üstəlik, buna cərimə də əlavə edilib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq o azad edilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq da bunu təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG