Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:24

Almatıda Nursultan Nazarbaev prospekti


Nursultan Nazarbaev (ortada) Rusiyada, oktyabr, 2017-ci il

Qazaxıstanın ən böyük şəhəri olan Almatının mərkəzi küçələrindən biri prezident Nursultan Nazarbaev-in şərəfinə adlandırılıb.

Almatı Şəhər Şurasının hüquqşünası Berik Manizorov AzadlıqRadiosuna deyib ki, şura noyabrın 30-da Dmitry Furmanov küçəsini Nursultan Nazarbaev prospekti adlandırmağa qərar verib.

Nazarbaev 1991-ci ildən Qazaxıstanın prezidentidir. Daha öncədən, 1989-cu ildən Kommunist Partiyasının rəhbəri kimi respublikaya rəhbərlik edib.

O, 2015-ci ildə daha bir müddətə prezident seçilib, beynəlxalq müşahidəçilər isə bu səsvermədə seçicilərə ideal seçim şəraiti yaradılmadığını deyirlər.

Yazıçı Furmanov-un 1923-cü ildə Qızıl Ordu komandiri Vasily Chapayev barədə romanı sovet dövrünün klassikası sayılır. Bu kitab əsasında 1934-cü ildə çəkilmiş film Sovet İttifaqında çox populyar idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG