Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Müdafiə naziri Türkiyə HHQ komandanı ilə görüşüb


Müdafiə Nazirliyi

Noyabrın 30-da müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, Müdafiə Nazirliyində geniş tərkibdə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib. Habelə, HHQ-lər arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri nəzərdən keçirilib.

Görüşdə təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət ekspert qruplarının qarşılıqlı səfərlərinin, birgə təlimlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG