Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Rusiyadan ABŞ koalisiyasına Suriyanı parçalamaq ittihamı


Suriyada qaçqın düşərgəsi
Suriyada qaçqın düşərgəsi

Rusiyanın BMT-dəki səfiri ABŞ koalisiyasını Suriyanı parçalamağa çalışmaqda ittiham edib. Rusiya xəbər agentliklərinin məlumatına görə, səfir deyib ki, koalisiya İslam Dövləti (İŞİD) ekstremist qrupundan təmizlənən ərazilərdə yerli idarəetmə qurumları yaratmaqla buna çalışır.

Rusiyanın səfiri Vasily Nebenzya noyabrın 29-da BMT-nin Təhlükəsizlik Şurasında çıxış edib. Onun sözlərinə görə, bu yaxınlarda Raqqa şəhərini İŞİD-dən təmizləmiş kürd və ərəb döyüşçülər idarəetmə qurumları yaratmağı, iqtisadiyyatın Suriya hökumətinin iştirakı olmadan bərpasını götür-qoy edirlər.

Rusiya Suriyadakı münaqişədə prezidenti Bashar al-Assad-ı dəstəkləyir.

*** Buna da bax: Danışıqlarda Assad təmsilçilərini gözləyirlər

“ÖLKƏNİ PARÇALAMAĞA BƏRABƏRDİR”

“Aldığımız xəbərlərə görə, koalisiya İŞİD-dən azad olunmuş ərazilərdə yerli hakimiyyətin yaradılmasında birbaşa iştirak edir”, – “Interfax” agentliyi Nebenzya-ya istinadla yazır.

“Koalisiyanın elədiyi ölkəni parçalamağa yönəlik konkret addımlara bərabərdir”, – o deyib.

Rusiyanın bu giley-güzarı dilə gətirdiyi bir məqamda Cenevrədə Suriya danışıqlarının səkkizinci raundu keçirilir. Hökumət və üsyançı qruplar ölkədə altı ildən çoxdur davam edən müharibəni bitirməyin yollarını arayırlar.

Suriya hökuməti Rusiyanın dəstəyilə ölkə ərazisinin 55 faizi üzərində nəzarəti artıq bərpa edib. Şimalda yerləşən, İŞİD-in özünə paytaxt elan etdiyi Raqqa şəhərini isə Birləşmiş Ştatlarla müttəfiq qüvvələr azad edib.

ABŞ-ın dəstəklədiyi, əsasən kürd və sünni ərəb döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələri azad olunmuş regionda özünüidarəetmə yaratmaq istədiyini açıqlayıb. Pentaqon bu planı dəstəkləyib və koalisiyaya dəstək məqsədiylə regionda ABŞ qüvvələri saxlayıb.

*** Buna da bax: Suriyanın şərqində 53 dinc sakin öldürülüb

HƏR AY 750 MİNDƏN ÇOX ADAM

Nebenzya BMT şurasında deyib ki, Rusiya daha sərhədlər və münaqişə xətləri boyunca BMT humanitar yardımını qəbul etməyəcək, çünki bu, “Suriyanın suverenliyinə zərbə vurur”.

Onun sözlərinə görə, Rusiya yardımın çatdırılmasına dəyişiklik istəyir, belə ki, “humanitar yardımın paylaşdırılmasında nizam olmalıdır, yardım terrorçuların əlinə keçməməli, daha sonra Suriya xalqına daha baha qiymətə satılmamalıdır”.

BMT-nin humanitar başçısı Mark Lowcock isə şuranı yardımları bərpa etməyə çağırıb, bunu “həyatların xilasından ötrü vacib” adlandırıb.

*** Buna da bax: ABŞ Suriyadakı kürdlərə silah verilməsini dayandırır

Onun deməsinə görə, 2017-ci ilin 10 ayı ərzində “hər ay ortalama 750 mindən çox adam BMT-nin yardımından faydalanıb”.

ABŞ-ın BMT-dəki səfirinin köməkçisi Michele Sison da yardım proqramının təzələnməli olduğunu söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG