Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:16

Suriyanın şərqində 53 dinc sakin öldürülüb


Deir al-Zor vilayətində döyüş, arxiv fotosu
Deir al-Zor vilayətində döyüş, arxiv fotosu

Suriyanın şərqində Rusiyanın hava zərbələrindən azı 53 dinc sakin öldürülüb, onlardan 23-ü uşaqdır. Zərbələr İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan kəndə endirilib.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, hücum noyabrın 26-da səhər tezdən Deir al-Zor vilayətində baş verib. İlkin olaraq 34 nəfərin öldürüldüyü bildirilirdi.

“Xilasetmə əməliyyatının sonunda ölü sayı artdı”, – təşkilatın rəhbəri Rami Abdel Rahman “Frans Pres” agentliyinə bildirib.

Onun sözlərinə görə, zərbələr Fərat çayının şərq sahilindəki Al-Shafah kəndindəki “yaşayış binalarına” endirilib. Hücumda azı 18 nəfərin də yaralandığı bildirilir.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb. Rusiya ordusu da şərh verməyib.

Təşkilat Suriyada mənbələr şəbəkəsinə istinad etdiyini, həmçinin özünün də hücumların tipi, məkanı, uçuşlar və istifadə olunan silahlara əsasən onları hansı ölkənin gerçəkləşdirdiyini müəyyən etdiyini bildirir.

XATIRLATMA

Rusiya Suriya prezidenti Bashar al-Assad hökumətini dəstəkləyir. İran da altı illik vətəndaş müharibəsində Assad-ın arxasında durub. Birləşmiş Ştatlar və Türkiyə isə hökumətlə savaşan üsyançı qrupları dəstəkləyir.

Bütün tərəflər İŞİD-ə qarşı çıxır. Silahlı qruplaşma bir çox ərazilərdən çıxarıb, Deir al-Zor yaraqlıların əlindəki sonuncu məkanlardandır.

BMT-nin təşkilatçılığıyla Cenevrə sülh danışıqlarının səkkizinci raundu noyabrın 28-də başlamalıdır.

Buna paralel olaraq, Rusiya, İran və Türkiyə Qazaxıstan paytaxtı Astanada danışıqlara təşkilatçılıq edir. Tərəflər atəşkəsin elan olunmasına, “de-eskalasiya zonaları”nın yaradılmasına çalışırlar. Bir çox yerlərdə zorakılıqlar azalsa da, hava zərbələri nəticəsində itkilər az deyil.

2011-ci ilin martından başlanan münaqişədə 330 mindən çox adam ölüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG