Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Tatar dili dərsləri məcburi olmayacaq


Tatarıstanda tatar dilində danışanların sayını göstərən cədvəl
Tatarıstanda tatar dilində danışanların sayını göstərən cədvəl

Rusiyanın Tatarıstan regionundan tatar dili dərsləri daha məcburi deyil.

Regionun baş prokuroru Ildus Nafikov noyabrın 29-da deyib ki, şagirdlər məktəblərdə həftəyə iki saat tatar dili dərsi keçəcəklər, həm də valideynlərinin razılığıyla, könüllü əsasla.

Bu dəyişikliyin tatar dili müdafiəçilərini narazı salacağı gözlənir. Onlar bu addımın region konstitusiyasını pozacağını, yerli etnik qrupunu dilini öyrənmək həvəsini öldürəcəyini, Tatarıstanın mədəni mənsubiyyətini sarsıdacağını deyirdilər.

*** Buna da bax: Başqırd dilinə dəstək aksiyaları keçirilir

Tatarıstan prezidenti Rustam Minnikhanov isə noyabrın 8-də demişdi ki, tatar dili dərsləri məcburi olacaq, ancaq həftəyə altı saatdan iki saata salınacaq. Minnikhanov Moskvadakı federal hakimiyyətin bu planla razılaşdığını vurğulamışdı.

Hər şey Rusiya prezidenti Vladimir Putin-in iyulda verdiyi bəyanatdan sonra başladı. Prezident demişdi ki, milli azlıqların yaşadıqları regionlarda etnik ruslar yerli dilləri öyrənməyə məcbur edilir, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir. Putin həm də Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib.

*** Buna da bax: Tatar dili öyrədildiyinə görə məktəbdən 3 milyon istəyir

Bu bəyanatdan sonra “etnik” regionlarda rusdilli valideynlər ruscadan başqa digər dillərin məcburi tədrisini ləğvini tələb ediblər.

Tatarıstanda, qonşu Başqırdıstan və Çuvaşiyada etiraz aksiyaları keçirilib. Bu regionlarda yerli dillər rus diliylə yanaşı dövlət statusuna malikdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG