Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:37

Ukrayna bir əsgərinin öldürüldüyünü deyir


Siyasi karikatura

Ukraynanın Müdafiə Nazirliyi bildirir ki, son 24 saat ərzində şərqi Luqansk və Donetsk regionlarında rusiyapərəst separatçıların hökumətin mövqelərini atəşə tutması nəticəsində bir əsgəri öldürülüb, ikisi yaralanıb.

Nazirliyin noyabrın 29-da yaydığı açıqlamada deyilir ki, separatçılar noyabrın 28-də səhərdən hökumətin mövqelərinə 27 dəfə atəş açıblar. Hökumət qüvvələrinin 11 dəfə cavab atəşi açdığı bildirilir.

Ukrayna ordusunun iddiasına görə, separatçıların atəşkəsi pozması ATƏT və BMT təmsilçilərinin Travneve və Hladosove şəhərlərinə səfərlərini əngəlləyib. Onlar təmas xəttinə yaxın olan həmin şəhərlərdə humanitar vəziyyəti dəyərləndirməliydilər.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 mindən çox ölən olub.

Atəşkəslə bağlı razılaşma əldə olunmasına baxmayaraq, atışmalar davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG