Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:34

Papa “rohinca” sözünü işlətmədi


Papa Francis (solda) Aung San Suu Kyi ilə görüşdə, 28

Papa Francis xəbərdarlıq edib ki, Birmanın gələcəyi “hər bir etnik qrup”un hüquqlarına sayqı göstərməkdən asılıdır. Bununla papa bu ölkədə yaşayan rohunca müsəlmanlarına dolayısıyla dəstək göstərmiş olub.

Francis ordunun son aylar rohincalara qarşı zorakı əməliyyatlarına toxunmayıb, heç “rohinca” sözünü də işlətməyib. O, noyabrın 28-də Birmanın mülki lideri Aung San Suu Kyi və digər rəsmilərlə görüşüb.

Ancaq papa Birma xalqının “mülki münaqişə və düşmənçilikdən əziyyət çəkməkdə olduğunu” dilə gətirib. O vurğulayıb ki, Birmanı vətəni adlandıran hər kəsin təməl hüquqları qorunmalıdır.

Rohinca əsasən buddist ölkə olan Birmada qızışdırıcı termin sayılır, bu müsəlman azlıq vətəndaşlıqdan məhrum edilib, onlara qanunsuz “benqal” mühacirləri damğası vurulub.

Francis bu qrupu dəfələrlə müdafiə edib. Avqustdan bəri 620 minədək rohinca Banqladeşə qaçıb. Birləşmiş Ştatlar və BMT bunu “etnik təmizləmə” adlandırıb.

Ordu dinc sakinlərə deyil, rohinca yaraqlılara qarşı əməliyyat aparıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG