Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:06

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonundan da Ağcabədi rayonuna səfər edib.

O, Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Orada həmçinin, 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında «Təbiət», «Arxeologiya», «Etnoqrafiya», «Azərbaycan SSR dövrü», «Azərbaycan müstəqillik dövrü» və «Görkəmli şəxsiyyətlər» adlı altı bölmə var.

Həmçinin bildirilib ki, muzeydə saxlanılan 4 min 782 eksponatdan 360-ı ekspozisiya zalında nümayiş olunur.

Prezident İ.Əliyev bu gün, noyabrın 28-də əvvəlcə Tərtər rayonuna səfər etmişdi. O , Tarix-Diyarşünaslıq Muzeyindən ötrü inşa olunan yeni binanın və Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında iştirak etmişdi. Habelə, rayonda 1170 məcburi köçkün ailəsinə salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə də tanış olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG