Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Suriya danışıqları başlanır, Dəməşq boykot edə bilər


Staffan de Mistura (ortada), arxiv fotosu
Staffan de Mistura (ortada), arxiv fotosu

Noyabrın 28-də Cenevrədə BMT-nin təşkilatçılığıyla Suriya danışıqlarının yeni raundu başlanır. Bu arada Suriya hökumətinin danışıqları boykot edəcəyi ehtimalı var.

BMT-nin Suriya üzr xüsusi elçisi Steffan de Mistura noyabrın 27-də deyib ki, rəsmi Dəməşq hələlik, danışıqların səkkizinci raundunda iştirakını təsdiqləməyib.

Danışıqların məqsədi ölkədə altı ildir gedən vətəndaş müharibəsini bitirməkdir.

*** Buna da bax: Suriyanın şərqində 53 dinc sakin öldürülüb​

ÖNŞƏRT QƏBUL OLUNMUR

Ötən gecə aldığımız mesaja görə, hökumət bu gün Cenevrəyə gəlmir. Təbii ki, ümid edirik, daha doğrusu, hökumətin nümayəndə heyətinin tezliklə yola çıxmasını gözləyirik”, – de Mistura BMT-nin Təhlükəsizlik Şurasında deyib. O, Suriya prezidenti Bashar al-Assad-ın bu yaxınlarda “dialoqa hazır olmasını” dilə gətirdiyini də yada salıb.

De Mistura-nın sözlərinə görə, danışıqlarda yeni konstitusiya layihəsinin hazırlanması və ratifikasıyasından ötrü “inkluziv proses”ə diqqət ayrılacaq. O, həmin addımların ölkənin seçki keçirməsindən öncə gərəkli olduğunu vurğulayıb.

Xüsusi elçi danışıqlarda “heç bir tərəfin hansısa önşərtini qəbul etməyəcəyini” sözlərinə əlavə edib.

Noyabrın 27-də Cenevrəyə çatan müxalifətin nümayəndə heyətinin başçısı Nasr Hariri deyib ki, qrupun məqsədi prezident Bashar al-Assad-ın vəzifədən getməsidir.

Hökumətyönlü “Al-Watan” qəzeti daha öncə yazmışdı ki, Dəməşqdən rəsmi nümayəndə heyəti Cenevrəyə getməyi yubadacaq, çünki müxalifət Assad-ın istefasını tələb edir.

*** Buna da bax: ABŞ Suriyadakı kürdlərə silah verilməsini dayandırır​

XATIRLATMA

Müxalifət hökuməti danışıqlara ciddi yanaşmamaqda suçlayır.

2011-ci ilin martında Suriyada münaqişə başlanandan 330 mindən çox adam həlak olub.

Rusiyayla İran münaqişədə Assad hökumətini, Birləşmiş Ştatlar və Türkiyə isə hökumətlə savaşan üsyançı qrupları dəstəkləyir.

Assad noyabrın 20-də Soçiyə qəfil səfər edib və Rusiya prezidenti Vıadimir Putin bir daha münaqişənin həllindən ötrü danışıqlar yoluyla siyasi həllə çağırıb.

Assad ona Rusiyanın münaqişədəki roluna görə təşəkkürünü bildirib.

Rusiya, İran və Türkiyənin təşkilatçılığıyla Qazaxıstan paytaxtı Astanada da ayrıca Suriya danışıqları aparılır, atəşkəs, “de-eskalasiya zonaları”nın yaradılması kimi məsələlər müzakirə olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG