Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Dünən, yanvarın 27-si Bakı şəhərinin Xətai rayonu ərazisində iki zenit top mərmisi aşkarlanıb.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Məlumatda bildirilir ki, saat 22:08-də Fövqəladə Hallar Nazirliyindən onlara Xətai rayonu, Nobel prospekti 10 ünvanında iki ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

«Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib. Zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib», -məlumatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG