Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:37

Bütün ölkədə icbari sığortanın tətbiqi gecikir


Tibbi sığorta Azərbaycanda və Gürcüstanda
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Tibbi sığorta Azərbaycanda və Gürcüstanda

«Bu ilin fevral ayından etibarən pilot ərazilərdə - Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığorta üzrə layihə həyata keçirilir. Gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonların siyahısı genişlənəcək. Lakin bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi barədə yalnız 2019-cu ildə danışmaq mümkün olacaq».

AZƏRTAC-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev jurnalistlərə müsahibəsində söyləyib. Deputatın deməsinə görə, pilot- layihənin həyata keçirilməsini davam etdirməkdən ötrü büdcə vəsaiti ayrılıb:

«Pilot ərazilər kimi hansı rayonların seçiləcəyini hələ deyə bilmərəm. Bundan əlavə, icbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi mexanizmi hazırlanır. Eyni zamanda qanunvericiliyə dəyişiklər edilməsi planlaşdırılır. Bunun bütün ölkədə tətbiq edilməsinə hazır olmaq üçün yaxın vaxtlarda «İctimai Tibbi Sığorta haqqında» Qanuna əlavələr və dəyişikliklər ediləcək».

XATIRLATMA

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 18 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, ötən il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Azərbaycanda müstəqil ekspertlər əhalinin geniş və əhəmiyyətli şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Onlar deyir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG