Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:07

V 'Şərq Tərəfdaşlığı' sammiti başlayır


Bu gün, noyabrın 24-ü Brüsseldə V Avropa Birliyi «Şərq tərəfdaşlığı» sammiti başlayır.

Sammitə Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı bildirilir.

«2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması» adı altında təşkil edilən sammitin sonunda yekin Bəyannamənin qəbul olunması gözlənilir.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Əvvəlcə Brüssel sammitində Azərbaycanla Avropa Birliyi arasında sazişin imzalanacağına ümidlər bəslənirdi. Ancaq bu yaxınlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirdi ki, bu il belə sazişin imzalanacağı gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG