Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:49

«Türkiyəyə səfərim təxirə düşdü. Bu, Türkiyədə məni müayinə edəcək həkimin yaxın günlərdə Bakıya gələcəyi ilə bağlıdır».

Bunu aktyor Rasim Balayev bildirib.

Aktyor demişdi ki, noyabrın 22-si müayinə məqsədilə Türkiyəyə gedəcək:

«Mənə dedilər ki, həmin nevropatoloq iki-üç günə Bakıya gələcək. Belə olması daha yaxşıdır, yol əziyyətindən canım qurtardı. Onsuz da yola çıxmaq çətindir».

R.Balayev şəkər xəstəliyindən əziyyət çəkdiyini, onurğa sütununda və ayaqlarında ağrılar olduğunu bildirib.

Bir müddət öncə R.Balayev sağlıq durumu və dərmanlar almaqda çətinlik çəkməsi ilə bağlı KİV-lərə açıqlama vermişdi. Bundan sonra parlamentdə deputat Zeynəb Xanlarova spiker Oqtay Əsədovu və bəzi dövlət qurumlarını R.Balayevə kömək etməyə səsləmişdi.

69 yaşlı R.Balayev «Nəsimi», «Babək», «Dədə Qorqud» və bir sıra filmlərə çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG