Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:46

Bugün, noyabrın 22-si Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi - Ağdamın «Qarabağ» klubu C qrupunda İngiltərənin «Çelsi» klubunu qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.

Hazırda Qurban Qurbanovun yetirmələri qrupda 2 xalla sonuncu yeri tutur. «Roma» 8 xalla birinci, «Çelsi» 7 xalla ikinci, «Atletiko» klubu isə 3 xalla üçüncü yerdə qərarlaşıb.

«Qarabağ»ın avrokubok taleyi böyük ölçüdə V turun nəticələrindən asılıdır.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib ki, onları çox ağır oyun gözləyir:

«Həm rəqib, həm də bizim üçün çox vacib matç olacaq. Bakıdakı son oyunumuzdur. Rəqibin gücünü bilirik. Az səhv etməyə və meydanda sona kimi mübarizə aparmağa çalışacağıq».

Bu iki klub arasında Londonda keçirilən ilk qarşılaşma 6:0 hesabı ilə «Çelsi»nin qələbəsi ilə başa çatmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG