Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 10:07

Aktyor Rasim Balayev müayinə olunmaqdan ötrü Türkiyəyə gedəcək. Bunu xalq artisti R.Balayev özü bildirib.

R.Balayev Türkiyəyə sabah, noyabrın 22-də yollanacağını deyib.

Onun bildirməsinə görə, müayinə xərclərini Azərbaycan dövləti ödəyəcək:

«İstanbula gedirəm, bu yəqindir, amma müayinəni hansı klinikanın aparacağını bilmirəm. Bakıda bir çox klinikalarda oldum, amma bir irəliləyiş olmadı».

R.Balayev şəkər xəstəliklərindən əziyyət çəkdiyini və onurğa sütununda da problem olduğunu bildirib.

Bir müddət öncə R.Balayev sağlıq durumu və dərmanlar almaqda çətinlik çəkməsi ilə bağlı KİV-lərə açıqlama vermişdi. Bundan sonra parlamentdə deputat Zeynəb Xanlarova spiker Oktay Əsədovu və bəzi dövlət qurumlarını R.Balayevə kömək etməyə səsləmişdi.

69 yaşlı aktyor R.Balayev «Nəsimi», «Babək», «Dədə Qorqud» və bir sıra filmlərə çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG