Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

İran İŞİD-in sonunu elan edir


İŞİD-in bir müddət öncə yaydığı videoda bosniyalı uşaqlar qruplaşmanın bayrağı ilə birlikdə görünürdü
İŞİD-in bir müddət öncə yaydığı videoda bosniyalı uşaqlar qruplaşmanın bayrağı ilə birlikdə görünürdü

İran prezidenti Hassan Rouhani dövlət televiziyasında canlı yayımda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının dövrünün bitdiyini elan edib. Bu haqda “The Independent” qəzeti yazıb.

SOLEİMANİ DA İŞİD-İN SONUNDAN DANIŞIB

İran İnqilab Keşikçiləri Qvardiyasının aparıcı komandirlərindən olan general mayor Qassem Soleimani də çərşənbə axşamı “Sepah News” portalında yerləşdirilmiş mesajda bu cihadçı qrupun sonunu elan edib.

Qvardiya bəyanatında müttəfiqləri, Livanın hərbi qruplaşması Hezbollah-a da döyüşdə “qətiyyətli” roluna görə təşəkkür edib.

İranlı döyüşçülər Suriyada müxalifət və ekstremistlərlə savaşan prezident Bashar al-Assad-a hakimiyyətini gücləndirməyə kömək edib. Döyüşlərdə azı min iranlı döyüşçünün həlak olduğu bildirilir. Onlardan bəziləri əfqan qaçqınlar olub.

*** Buna da bax: İraqda sonuncu şəhər də İŞİD-dən təmizlənib

İraqda isə İranın maliyyələşdirdiyi şiə döyüşçülər ABŞ koalisiyasının tərkibində İŞİD-in bu ölkədəki de-fakto paytaxtı olan Mosuldan çıxarılmasında az rol oynamayıb.

HEZBOLLAH İRAQDAN ÇIXMAĞA HAZIR OLDUĞUNU DEYİR

Bazar ertəsi axşam televiziyayla Beyrutdan etdiyi çıxışında Hezbollah lideri Hassan Nasrallah deyib ki, İraqda mərkəzi hökumət qəti qələbəni elan edən kimi qruplaşma bu ölkədən çıxmağa hazırdır.

Bazar günü Ərəb Liqasının Qahirə görüşündə Səudiyyə Ərəbistanı regionu İrana qarşı birləşməyə çağırıb, onun Yaxın Şərqdə bir çox münaqişələrdə “sabitsizlik” yaratdığını bildirib.

Noyabrın 4-də Yəməndəki husi yaraqlıları Səudiyyəyə doğru ballistik raket atandan sonra ər-Riyadla Tehranın münasibətləri gərginləşib. Bu arada Livanın sünni baş naziri Saad Hariri-nin qəfil istefası da şok yaradıb, bu istefanı Səudiyyənin düzüb-qoşduğu bildirilib. Lakin Hariri istefasında İranı günahlandırıb, İran və Hezbollah-ın ona sui-qəsd hazırladığını iddia edib.

*** Buna da bax: İraqdakı kimsəsiz qadın və uşaqlardan xəbər var

Prezident Rouhani çərşənbə günü Rusiyanın Soçi şəhərinə gedəcək, rusiyalı və türkiyəli həmkarlarıyla Suriya münaqişəsini müzakirə edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG