Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 23:58

İraqdakı kimsəsiz qadın və uşaqlardan xəbər var


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İraqda müxtəlif millətdən olan təqribən 1300 qadın və uşağa humanitar yardım edir.

Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ.Hüseynova deyib ki, yardıma yemək, su, dərman və digər ehtiyaclar daxildir.

O vurğulayıb ki, bu şəxslərə başqa ölkələrdə yaşayan ailə üzvləri ilə əlaqə yaratmalarına yardımçı olurlar. Bundan başqa, kimsəsiz uşaqlar qeydiyyata alınır:

«Onların gələcək taleyi ilə bağlı müvafiq hakimiyyət orqanları ilə danışıqlar aparırıq. Baş çəkdiyimiz şəxslərin razılığı olduqda, bu haqda aidiyyəti diplomatik nümayəndəliklərə məlumat verilir».

İ.Hüseynova deyib ki, kimsəsiz uşaqların öz ölkələrinə qaytarılması İraq hökuməti və həmin şəxslərin vətəndaşı olduqları ölkələr arasında həll edilir.

XATIRLATMA

Rusiya mətbuatının yazdığına görə, İraq deputatlarından biri deyib ki, hərbçilər İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadını saxlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə vurğulayıb ki, bu kimi məlumatlar araşdırılır.

Hələ bu ilin sentyabrında İraqın İŞİD-dən azad olan ərazilərindəki sığınacaqlarda azərbaycanlı uşaqların olması üzə çıxmışdı. Onlardan Abdulla adlı uşaq Azərbaycana gətirilərək babasına təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidməti də bildirmişdi ki, son 5 ildə Azərbaycandan İŞİD sıralarına 900-a qədər şəxs qoşulub. Onlardan 151 nəfəri Azərbaycan qayıtdıqdan sonra mühakimə edilib.

XS
SM
MD
LG