Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Abşeronda doğuş zamanı ana ölüb


Doğum evi

Noyabrın 20-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsində Aytac Fərhadova vəfat edib.

Bu haqda məlumatı Səhiyyə Nazirliyindən də təsdiq ediblər. Nazirlikdən verilən məlumata görə, A.Fərhadova şöbəyə gələrkən döl ölü durumunda olub və daha sonra qadın özü komaya düşüb:

«Bütün müdaxilələrə baxmayaraq, A.Fərhadovanı koma durumundan çıxarmaq mümkün olmayıb və beyin ölümü keçirərək dünyasını dəyişib».

Nazirlikdən onu da bildiriblər ki, A.Fərhadovanın əkiz körpəsinin də vəfat etdiyi haqda məlumatlar yanlışdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, söhbət bir döldən gedir.

A.Fərhadovanın qohumlarından hələlik Səhiyyə Nazirliyinin bu açıqlamasına münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG