Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

Gözəl Bayramlının məhkəməsi də noyabrın 30-u başlayır


Gözəl Bayramlı, AXCP sədrinin müavini

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax Rayon Məhkəməsində baxılacaq. Onun barəsindəki cinayət işi artıq, məhkəmədə icraata qəbul edilib.

Bu haqda Qazax Rayon Məhkəməsindən bildiriblər.

Gözəl Bayramlının cinayət işi üzrə hazırlıq iclası noyabrın 30-da saat 15:00-da keçiriləcək. Siyasətçi xanımın işinə hakim Ağarza Səmədovun sədrliyi ilə baxılmalıdır.

G.Bayramlının bu günlərdə Gəncə İstintaq Təcridxanasına köçürüləcəyi bildirilir.

Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi

Qaçaqmalçılıq, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə müqavimətdə günahlandırılan jurnalist Əfqan Muxtarlının da məhkəməsi noyabrın 30-u başlayacaq.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

G.Bayramlının istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılıb. İstintaq artıq bitib.

Günün bütün mövzuları

XS
SM
MD
LG