Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:25

Noyabrın 30-u Əfqan Muxtarlının məhkəməsidir


Həbsdəki jurnalist Əfqan Muxtarlının məhkəməsi başlayır. Onun barəsində başlanılmış cinayət işinin materialları Balakən Rayon Məhkəməsinə göndərilib. Cinayət işinin artıq icraata qəbul edildiyi bildirilir.

Məhkəmədən bildiriblər ki, Ə.Muxtarlının işi üzrə məhkəmə hazırlıq iclası noyabrın 30-na təyin olunub.

Ə.Muxtarlı bu həftə Şəkidəki İstintaq Təcridxanasına aparılacaq.

Ə.Muxtarlının istintaqı bir neçə həftə əvvəl bitib. Vəkilləri cinayət işi materialları ilə artıq tanış olublar.

XATIRLATMA

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG