Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:08

Elçin Sadıqovu kollegiyaya çağırıblar [yenilənib]


Elçin Sadıqov

Vəkil Elçin Sadıqov bu gün, noyabrın 20-si Vəkillər Kollegiyasına (VK) çağırılıb. Çağırış Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun ondan şikayət etməsi ilə bağlıdır.

Bu haqda AzadlıqRadiosuna E.Sadıqovun özü danışıb.

E.Sadıqov eyni şikayət üzrə 2 ay əvvəl, sentyabrın 28-də də Vəkillər Kollegiyasına çağırılmışdı. Vəkil Şəki Ağır Cinayətlər Məhkəməsinin hakiminin şikayəti üzrə izahat vermişdi.

«Yenidən intizam icraatı başlanılıb. Saat 4-də kollegiyada olmağımı istəyiblər», - deyən vəkil başqa bilgiyə sahib olmadığını bildirib. Vəkilin deməsinə görə, çox güman ki, hakimin onunla bağlı şikayəti üzrə VK-nin intizam komissiyasının qərarı elan ediləcək.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi R.Hüseynov vəkil E.Sadıqovdan sentyabrın əvvəlində Vəkillər Kollegiyasına şikayət edib. Hakim bildirirdi ki, vəkil jurnalist Elçin İsmayıllının məhkəmə prosesinin gedişatına mane olmağa cəhd edib.

E.Sadıqov isə onu təkzib edir. Vəkil iddia edib ki, hakim onun hüquqlarını pozub. E.Sadıqovun deməsinə görə, hakim qanunvericiliyin tələblərinə zidd olaraq, jurnalist E.İsmayıllının işi üzrə hazırlıq iclasını onun iştirakı olmadan keçirib. Vəkil vurğulayıb ki, buna etiraz etdikdə, hakim ondan şikayət edib.

* * *

Elçin Sadıqov barəsində icraata xitam verilib

Vəkillər Kollegiyası bu gün, noyabrın 20-si vəkil Elçin Sadıqov barəsində başlanmış intizam icraatına xitam verib.

Bu haqda vəkilin özü AzadlıqRadiosu-na bildirib.

Vəkil deyib ki, ona heç bir intizam tənbehi verilməyib.

“Kollegiya qərar verdi ki, mənim barəmdə verilmiş şikayət əsaslı olmayıb. Heç bir hüquq pozuntusuna yol vermədiyim aydnlaşdığı və hakimin şikayəti təsdiqini tapmadığı üçün icraata xitam verildi”, – vəkil bildirib.

* * *

E.Sadıqov barəsində kollegiyaya şikayət edilən yeganə vəkil deyil. Son həftələrdə baş prokurorun birinci müavini Rüstəm Usubov vəkillər Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layıcov, Penitensiar Xidmət isə Yalçın İmanov barəsində tədbir görülməsindən ötrü kollegiyaya müraciət edib. Həmin şikayətlərdə iddia olunur ki, vəkillər müdafiə etdikləri şəxslərin işləri ilə bağlı çaşdırıcı məzmunlu açıqlamalar veriblər.

Cəzalandırılması istənilən vəkillər, əsasən, siyasi fəalların müdafiəsi sahəsində tanınırlar.

XATIRLATMA

Vəkillərdən Vəkillər Kollegiyasına müraciətlər, adətən, onların cəzalandırılması ilə nəticələnir. Qanunvericiliyə görə, belə müraciətlərə görə vəkil rəsmi xəbərdar oluna, habelə kollegiyadan kənarlaşdırıla bilər.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov Müzəffər Baxışov Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG