Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:24

Zığda uçqun. Torpaq altında qalan var (Yenilənib)


İllüstrasiya

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə torpaq altından çıxarılıb.

APA-nın xəbərinə görə, Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.

***

Noyabrın 17-də Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 22 yaşlı Əmirəhməd Bağırzadə torpaq altında qalıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadla yazır.

Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib.

Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir.

FHN bildirir ki, əlavə məlumat veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG