Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:04

Rusiyanın Rosneft şirkətinin rəhbəri Igor Sechin deyir ki, “qrafiklə bağlı razılaşarıqsa”, məhkəmədə ifadə verməyə gedəcək. O bu həftə məhkəmənin iki dəfə çağırmasına baxmayaraq, prosesə getməyib.

“Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməyə çalışacağam. Ancaq bu məqamda əsas işim Rosneft prezidentinin vəzifələrini yerinə yetirməkdir. Qrafikdə razılığa gələriksə, gərəkən şərtləri yerinə yetirəcəyəm”, – RBC.ru noyabrın 16-da Sechin-ə istinadla yazıb.

Sechin uzun müddət prezident Vladimir Putin-in administrasiya rəhbərinin müavini olub, indi də onun yaxın müttəfiqi sayılır.

O, keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-in məhkəməsində ifadə verməlidir.

Ulyukayev indiyədək Rusiyada həbs olunmuş ən yüksəkçinli məmurlardandır. O, Sechin-dən 2 milyon dollar rüşvət qoparmaqda ittiham olunur. Əvəzində nazirlik Rosneft-in regional Bashneft neft şirkətində böyük pay almasını təsdiqləyəcəkmiş.

İttihamçılar Ulyukayev-in Sechin-dən bir çamadan nağd pul alarkən tutulduğunu deyirlər. O, ötən ilin noyabrında saxlanıb, Putin də onu dərhal işdən çıxarıb, hazırda ev dustağıdır.

Avqustda başlanan məhkəmədə Ulyukayev təqsirli olmadığını deyib. O, Sechin-i və Federal Təhlükəsizlik Xidmətini (FSB) ona tələ qurmaqda ittiham edib, deyib ki, çamadanda şərab şüşələrinin olduğunu düşünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG