Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:46

2017-ci ilin sonuncu ayında büdcə kəsirinin azaldığı bildirilir.

Maliyyə Nazirliyinin operativ məlumatında belə yazılır.

Nazirliyin bilgilərinə görə, yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13 milyard 557.2 milyon manat təşkil edib. Dövlət gəlirlərinin xərcləri isə 14 milyard 150.2 milyon manata çatıb.

Büdcənin icrası hələ də kəsirdədir. Nazirliyin bilgilərinə görə, kəsirin ümumi həcmi 593 milyon manata enib. Bu, ümumi daxili məhsulun 1 faizinə bərabərdir.

Maliyyə Nazirliyinin bilgilərinə görə, 2017-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 7 milyard 722.8 milyon manat, xərcləri isə 8 milyard 193.9 milyon manat olmuşdu. 471.1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdı.

Avqust-sentyabrda büdcə kəsirində ciddi ölçüdə artım müşahidə edilmişdi.

Dövlət Statistika Komitəsinin 9 aylıq hesabatında yazılırdı ki, büdcə kəsiri yanvar-avqust ayları üzrə 538.7 milyon manata, sentyabrda isə 738.6 milyon manata çatmışdı.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 milyard manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 60 dollar civarında satılır.

Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 milyard 766 milyon manata çatdırıblar. Xərclər isə 1 milyard 41milyon manat artırılıb.

Son illər Azərbaycanda maaş və pensiyaların gecikdirilməsi ilə bağlı tez-tez şikayətlər eşidilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG