Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:11

E.Məmmədyarov həmsədrlərlə görüşməlidir


Elmar Məmmədyarov

Bu gün, noyabrın 16-sı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada Minsk qrupu həmsədrləri ilə görüşü gözlənilir. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunmalıdır.

Dünən, noyabrın 15-i Azərbaycan xarici işlər naziri E.Məmmədyarov bu barədə açıqlama verib.

Həmsədrlər noyabrın 14-ü Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Noyabrın 19-u və 20-də isə Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri gözlənir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG