Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:16

Putin separatçıların liderləriylə birbaşa danışıb


Donetskdə Ukrayna qüvvələrinin sıradan çıxardığı Rusiya tankı
Donetskdə Ukrayna qüvvələrinin sıradan çıxardığı Rusiya tankı

Rusiya prezidenti Vladimir Putin Ukraynanın separatçı Luqansk və Donetsk regionlarının liderləriylə danışıb, onlara deyib ki, Kiyevlə məhbus mübadiləsi planını dəstəkləyir. Bu, Rusiya prezidentinin separatçı qüvvələrlə birbaşa ünsiyyətinin açıqlandığı nadir hallardandır.

TƏKLİF DƏSTƏKLƏNİR

Rusiyanın TASS xəbər agentliyi noyabrın 15-də Kremlin sözçüsü Dmitry Peskov-a istinadla yazıb ki, Putin Donetskin separatçı lideri Aleksandr Zakharchenko və Luqanks lideri Igor Plotnitsky ilə telefonla danışıb.

Putin noyabrın 15-də Ukraynanın rusiyapərəst “Seçim” təşkilatının rəhbəri Viktor Medvedchuk-a söz verib ki, Kiyev hakimiyyətiylə məhbus mübadiləsini separatçılarla müzakirə edəcək.

“Putin onlara deyib ki, Medvedchuk-un hər iki tərəfdən məhbusların irimiqyaslı mübadiləsiylə bağlı təklifini dəstəkləyir”, – Peskov deyib. Onun sözlərinə görə, Zakharchenko və Plotnitsky də prinsipcə mübadiləni dəstəkləyiblər.

“Ancaq onlar vurğulayıblar ki, bu məsələ Ukrayna təmsilçiləriylə işlənməlidir”, – Peskov deyib.

*** Buna da bax: Təhlükəsizlik ekspertləri Rusiyaya görə Qərbi danlayır

RƏSMİ GÖRÜŞ BİRCƏ DƏFƏ OLUB

Rusiya rəsmən Ukraynanın separatçı bölgələrindəki münaqişələrdə əli olmadığını bildirir. Moskva 2014-cü ilin martında Ukraynanın Krım vilayətini ilhaq edib.

Putin separatçı liderlərlə bir dəfə – 2014-cü ilin sentyabrında Minskdə danışıqlar zamanı görüşüb. O zaman Kiyev, Moskva və separatçılar atəşkəslə bağlı Minsk razılaşması imzalasalar da, döyüşlər azalmayıb.

Medvedchuk-unsa Putin-lə şəxsi əlaqələri var, Putin onun 13 yaşlı qızı Darinanın xaç atasıdır. Onun Putin-ə deməsinə görə, Ukrayna hakimiyyəti münaqişədə saxlanmış 306 məhbusu separatçıların əlində olan 76 ukraynalıya dəyişməyə razıdır.

Rusiya separatçılara ciddi dəstək verir. 2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 mindən çox adam həlak olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG