Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək


2017-ci il Formula-1 və Azərbaycan Gran Prisi

2018-ci ildə Bakıda velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı keçiriləcək.

Prezident İlham Əliyev bu gün, noyabrın 15-i çempionatın keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqda sərəncam imzalayıb.

Sərəncama görə, təşkilat komitəsinə baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edəcək.

Komitəyə nazirlər, dövlət komitələri rəhbərləri daxildir.

Buna da bax:​ İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

Sərəncamla təşkilat komitəsinə tapşırılıb ki, dünya çempionatının keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

“BMX Racing” növü üzrə dünya çempionatı 2018-ci il iyunun 5-dən 9-na kimi keçiriləcək.

Yarışmanın maliyyə məsələləri barədə bilgi verilmir.

Xatırlatma

Azərbaycan son illərdə bir neçə beynəlxalq idman oyunlarına ev sahibliyi edib.

Ölkə paytaxtı 2016-cı ildən «Formula-1» «Qran-pri» yarışlarını təşkil edir. Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları təşkil etməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əks halda, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Keçən il Azərbaycanda həmçinin, IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bakı 2015-ci ildə isə I Avropa Oyunlarına ev sahibliyi etmişdi.

Ölkənin müxalifət qüvvələri hesab edir ki, beynəlxalq idman yarışlarının təşkilinə ayrılan pullar aztəminatlı ailələrin və əhalinin yoxsul təbəqələrinin sosial ehtiyaclarına xərclənməlidir.

Hakimiyyət təmsilçiləri isə bildirirlər ki, belə yarışlar ölkənin dünyada müsbət imicini gücləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG