Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:37

Əli İnsanov: 'Şikayətimə baxışın təxirə salınması siyasi qərardır'


Əli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin onun kassasiya şikayətinə baxılmasının qeyri-müəyyən müddətə təxirə salınmasına etiraz olaraq noyabrın 15-də Ali Məhkəmənin sədri Ramiz Rzayevə ərizə ilə müraciət edib.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Toğrul Babayev bildirib.

Vəkili deyir ki, Ə.İnsanov kassasiya şikayətinə baxılmasının yubadılmasını siyasi qərar adlandırır.

Buna da bax: Prokuror Əli İnsanova görə möhlət istədi

“Əli İnsanov hesab edir ki, işə baxılmasının süni şəkildə yubadılması onun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməsinin yubadılması və Avropa Şurasının tələbi ilə gözlənilən əfv siyahısına adının salınmasını əngəlləmək məqsədi daşıyır”, - vəkil qeyd edib.

Noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxış başlayıb. Dövlət ittihamçısı Rizvan Şəmmədovun xahişi ilə proses qeyri- müəyyən vaxtadək təxirə salınıb.

Buna da bax:

Prokuror Əli İnsanova görə möhlət istədi
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XATIRLATMA

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG