Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Avstraliya eynicinsli nikahları leqallaşdırmağa səs verib


Gey cütlük
Gey cütlük

Avstraliyada eynicinsli nikahların leqallaşmasına səs verilib. Səsverməyə gedənlərin 62 faizi məsələnin lehinə səs verib. Seçici iştirakı 79,5 faiz olub.

Referendumun hüquqi qüvvəsi olmasa da, Avstraliya hakimiyyəti elan edib ki, ilin sonunadək qanunvericilikdə dəyişiklik olunacaq.

*** Buna da bax: Senatorlardan Azərbaycanla bağlı LGBT məktubu

50 MİNƏDƏK CÜTLÜK

Səkkiz həftə çəkən səsvermə poçt vasitəsiylə gerçəkləşdirilib. Referendumda 13 milyon nəfərin iştirak etdiyi bildirilir.

“Dailymail” yazır ki, eynicinsli nikahların leqallaşması şirkətlərə böyük gəlir gətirə bilər, çünki on minlərlə gey cütlük evlənməyə hazırlaşır.

Qanun ilin sonunadək parlamentdə qəbul edilə bilər.

Avstraliyadakı 50 minədək eynicinsli cütlüyün, evlənməyə bu ölkəyə gələcək saysız gey turistlərin toy sənayesində bum yaradacağı gözlənir.

“Belə bir gizli tələbat var və gələn il toyların sayında kəskin artım gözlənir”, – ANZ-nin (Australia and New Zealand Banking Group) baş iqtisadçısı Felicity Emmett “Frans Pres” agentliyinə deyib.

ANZ-nin hesablamasına görə, qanunun qəbulundan sonra gey toyları 650 milyon Avstraliya dolları (490 milyon ABŞ dolları) gəlir gətirə bilər.

*** Buna da bax: Hər 4 nəfərdən biri düşünür ki, eynicinsli münasibət “cinayətdir”

FAYDALAR

Digər maliyyə üstünlükləri isə ölkəyə evlənməyə, bal ayı keçirməyə gələnlərin sayında gözlənən artımdır.

“Ötən il Yeni Zelandiyada nikah kəsdirmiş LGBTI cütlüklərinin yarısı başqa ölkələrdən gəlib. Eynicinsli nikahların leqallaşdırılması şübhəsiz… oxşar turistik faydalar gətirəcək”, – Tourism Australia şirkətinin direktoru John O'Sullivan deyib.

Eynicinsli cütlüklərə münasibətlərində müəyyənlik verməyin uzunmüddətli faydaları da var, bunu isə Sidney Universitetinin baş iqtisadçı mühazirəçisi Hayley Fisher deyib.

“Onlar bir-biri qarşısında daha yaxşı öhdəlik götürə, münasibətlərinə investisiya qoymaqla bağlı qərarlar verə bilərlər. Məsələn, eynicinsli cütlüklərin daha çox ev alacağını gözləyirik”, – Fisher “Frans Pres” agentliyinə deyib.

Bu ilin əvvəlində 30-dan çox şirkət rəhbəri nikah islahatını dəstəkləyib. Onlar baş nazir Malcolm Turnbull-a məktub yazaraq onu bu islahatı aparmağa çağırıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG