Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:03

Senatorlardan Azərbaycanla bağlı LGBT məktubu


Kosovoda LGBT paradından foto
Kosovoda LGBT paradından foto

Bir qrup senator Trump administrasiyasına müraciət edərək Azərbaycanda LGBT icması üzvlərinin saxlanmasını iddia edən məlumatları araşdırmağa çağırıb. Senatorlar təzyiqlərlə bağlı hər hansı etibarlı məlumatın açıq şəkildə pislənməsini istəyirlər.

Bu haqda “Human Rights First” təşkilatı məlumat yayıb və hər iki partiyanı təmsil edən senatorların addımını alqışlayıb.

“ASANLIQLA KƏNARA ÇƏKİLƏ BİLMƏYƏCƏLƏR”

Məktubun əsas təşəbbüskarları respublikaçılardan senator Pat Toomey və demokratlardan Ron Wyden-dir. Onlar dövlət katibi Rex Tillerson-a məktubda regionda LGBT icmasına hökumətin təqibinin artdığını bildirirlər.

Məktubu senatorlar Tammy Baldwin, Susan Collins, Jeffrey Merkley, Marco Rubio, Jeanne Shaheen və Thom Tillis də imzalayıb.

“Bu məktub Trump administrasiyası və Azərbaycan rəhbərliyinə xatırladır ki, insan haqları pozucuları yaxalarını asanlıqla kənara çəkə bilməyəcəklər. Ümid edirik, dövlət katibi Tillerson senatorların çağırışını eşidəcək və dərhal bu məsələylə məşğul olacaq”, – Human Rights First təşkilatından Shawn Gaylord deyib.

*** Buna da bax: Azərbaycanda cinsi azlıqlara 'qəfil divan tutuldu'

Oktyabrda Azərbaycanda 50-dən artıq LGBT icma üzvlərinin saxlandığı bildirilirdi. Hüquq-mühafizə orqanları homoseksuallara qarşı keçirilən reydləri «milli və mənəvi dəyərlərə zidd hərəkətlərin əngəllənməsi» niyyətiylə izah edib.

“Cinsi azlıqların nümayəndələrinin Bakıda vətəndaşlara və əcnəbilərə qarşı zorakı cinayətləri ciddi narazılıqlar doğurmuşdu. Bütün bunlarla əlaqədar sentyabr ayının 15-dən 30-dək Bakıda bütövlükdə 600-ə yaxın şəxs barəsində məsuliyyət tədbirləri görülüb”. Daxili işlər naziri Ramil Usubovun Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks-ə göndərdiyi məktubda belə yazırdı. Nazir qeyd edirdi ki, cinsi azlıqların yüzlərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud surətdə pozan 83 nəfər saxlanıb, barələrində sənədləşmə aparılıb.

*** Buna da bax: Ramil Usubov Nils Mujnieks-ə LGBT haqda məktub yazıb

2000-ci ildən Azərbaycanda homoseksuallıq dekriminallaşdırılıb.

“Regionda LGBT icmasına təzyiqlər ən son Bakıda baş verib və bu cür təqib cəzalandırılmadığından, yəqin ki, sonuncu olmayacaq. Ancaq Dövlət Departamenti hərəkətə keçərsə, Azərbaycan hökumətinə təzyiq göstərərsə, hesabatlılıq tələb edərsə, bu, hər yerdə bu köməksiz icmaya onların tək olmamasına dair bir mesaj verər”, – Gaylord deyib.

XS
SM
MD
LG