Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Parlament möhlət hüququyla bağlı qanunu qəbul elədi


Noyabrın 15-də parlamentin binası yaxınlığında yürüş də keçirilib
Noyabrın 15-də parlamentin binası yaxınlığında yürüş də keçirilib

Ermənistan parlamenti möhlət hüququnu məhdudlaşdıran qanunu ikinci oxunuşda qəbul edib.

Noyabrın 15-də 105 yerlik Milli Assambleyada 86 deputat qanunun lehinə, 6 nəfər əleyhinə səs verib.

İndi prezident Serzh Sarkisian-ın qanunu imzalaması qalır.

***

Hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən bir qrup tələbə Yerevanda aclıq aksiyasına başladığını bildirir. Hazırda Ermənistan deputatları bu ziddiyyətli layihəni qəbul etməyə hazırlaşırlar.

Layihə birinci oxunuşda qəbul olunub. Təklif ondan ibarətdir ki, elmi araşdırmadan ötrü ordudan möhlət hüququ istəyən kişi tələbələr Müdafiə Nazirliyi ilə kontrakt bağlamalı və təhsili bitirdikdən sonra orduda üç il xidmət keçməyə razılaşmalıdırlar.

*** Buna da bax: Hərbi xidmətdən yayınmağa görə cərimə azaldıla bilər

ARQUMENTLƏR

Əks halda, 18 yaş tamam olan kimi əsgərliyə getməlidirlər.

Etirazçı tələbələr, həmçinin ölkədə müxalifət partiyaları və ictimai fiqurlar bu dəyişikliyin elmin inkişafına zərbə vuracağını deyirlər Onların fikrincə, təhsil prosesində fasilələr yaranacaq və tələbələrin elmi karyeralarını davam etdirməyə həvəsləri qalmayacaq.

Dəyişiklik tərəfdarları isə bu iddiaları qəbul etmirlər, deyirlər ki, bununla elmi araşdırmaya görə möhlət istəməyən gənclərə ədalətli yanaşma təmin olunacaq.

Elmin İnkişafı Naminə qrupunun beş üzvü bu həftə aclığa başladığını bildirib. Onlar Yerevan Dövlət Universitetinin bir mühazirə zalına giriblər və qanun layihəsi parlamentin müzakirəsindən çıxarılmayanadək aclığı dayandırmayacaqlarını söyləyirlər.

Aclıq edən tələbələrdən biri David Petrosian AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, parlamentin onların etirazlarına məhəl qoymayaraq müzakirəni davam etdirməsinə qarşı çıxırlar.

*** Buna da bax: Hamını əsgər aparan müdafiə naziri özü necə möhlət alıb?

ETİRAZLAR SƏNGİMİR

Petrosian artıq orduda xidmət edib və deyir ki, aclıq edən digər beş tələbədən üçü də hərbi xidmətini tamamlayıb.

“Dördümüz orduda olmuşuq. Bununla göstərmək istəyirik ki, ədalət uğrunda mübarizə aparırıq”, – o, özlərini qapatdıqları zaldan danışaraq sözlərinə əlavə edib.

Artıq ikinci həftədir sözügedən qanunvericiliyə etirazlar davam edir. Noyabrın 7-dən bir neçə yüz tələbə dərsləri boykot edib. Onlar Yerevan Dövlət Universitetinin tələbələrini də onlara qoşulmağa çağırıblar. Tələbələr etiraz üçün hökumət binalarına doğru yürüş də keçiriblər.

Ölkənin baş naziri, təhsil və müdafiə nazirləri də etirazçı tələbələrin liderləriylə görüşüb, onlara qanunun qəbulundan sonra onun icrasıyla bağlı qərarlarda iştirak təklif olunub. Di gəl, etirazlar səngiməyib.

Müdafiə naziri Vigen Sarkisian dəfələrlə deyib ki, yeni qanun layihəsinin məqsədi səfərbərlik yaşına çatmış gənclər arasında ədaləti təmin etmək, elmlə məşğul olanlara xüsusi yanaşma sərgiləməməkdir. Layihə tərəfdarları onun məcburi hərbi xidmətdən yayınmağa imkan verən dəliyi qapatmaqla korrupsiyanı da azaldacağını söyləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG