Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:22

Hərbi xidmətdən yayınmağa görə cərimə azaldıla bilər


Ermənistanda hərbi xidmətdən yayınmağa görə tətbiq edilməsi təklif olunan cərimənin məbləği azaldıla bilər: Minimum əmək haqqının 500 mislindən 200 mislinə endirilə bilər.

İndi parlamentdə "Qaydalara zidd olaraq icbari hərbi xidmət keçməmiş vətəndaşlar haqda" qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Müdafiə naziri Vigen Sarqsyanın təşəbbüsü ilə hazırlanan qanun layihəsində təklif edilir ki, vətəndaş yayındığı hər bir çağırışa görə dövlət büdcəsinə minimum haqqının 500 misli qədər cərimə ödəməlidirlər.

Amma Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində hakim Respublikaçılar Partiyasının deputatı Karine Açemyan deyib ki, qanun layihəsi "problem yaratmayan hala" salınıb.

Cərimənin də məbləği 2,5 dəfə azaldılıb.

"Düşünürəm ki, bu qanunun qəbulundan sonra xeyli sayda gənc Ermənistana qayıdacaq" - deyə deputat ümidini bildirib.

Belə ehtimallar var idi ki, cərimə yüksək olarsa, bir çox gənclər ümumiyyətlə öz ölkəsinə qayıtmaqdan imtina edəcək.

Buna da bax: Hamını əsgər aparan müdafiə naziri özü necə möhlət alıb?

Günün bütün mövzuları

XS
SM
MD
LG