Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:38

Prezident Braziliyadan gələn naziri qəbul edib


Rio-de-Janeyro

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Braziliya xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, iki ölkə arasında siyasi əlaqələr yaxşı səviyyədədir. O, gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsini də vacib sayıb. Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi hələ ki, aşağı səviyyədədir.

A.N.Ferreira da öz növbəsində Braziliyanın Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Braziliya xarici əlaqələr naziri A.N.Ferreiranın başçılıq etdiyi nümayəndə heyəti bu gün, noyabrın 15-də Azərbaycanda rəsmi görüşlərə başlayıb. Onun bundan sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG