Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:10

2017-ci ilin 10 ayında Azərbaycana ümumilikdə 8 min 102 avtomobil gətirilib.

Bu haqda Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında yazılır.

Komitə bildirir ki, ötən ilin uyğun dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 3 min 753 ədəd (86.29 faiz) artıb.

İdxal edilən avtomobillərin 7 min 98-i minik avtomobilləri olub.

148 avtomobil, sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaqdan ötrü nəzərdə tutulan motorlu nəqliyyat vasitələridir.

795 avtomobil yük daşınmasından ötrü nəzərdə tutulan, 61-i isə xüsusi təyinatlı nəqliyyat vasitələridir.

XATIRLATMA

Bu ilin birinci yarısında xaricdən alınan minik avtomobillərinin sayı 2 min 971 olmuşdu. Bu göstərici ötənilkindən 33 faiz çox idi.

Avtomobil idxalındakı artım ölkədə işgüzar aktivliyin nisbətən çoxalması, eləcə də yerli avtomobil parkının köhnəlməkdə olması ilə izah olunur.

Ötən il avtomobil idxalının əvvəlki illə müqayisədə 7 dəfə azaldığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG